Azərbaycan vətəndaşları özünü təhlükəsizlikdə hiss edirlər – Gallup

Azərbaycan vətəndaşları özünü təhlükəsizlikdə hiss edirlər.

Trend-in "UzDaily" agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerikalı şirkəti "Gallup" öz hesabatında bildirib.

"Gallup" şirkəti 135 ölkədən olan 136 min insan arasında sorğu keçirib.

Sorğunun nəticəsinə əsasən, birinci yeri Sinqapur tutub. İkinci yerdə isə Özbəkistan qərarlaşıb.

MDB ölkələrinin arasında ikinci yer Türkmənistan tutub. Azərbaycan və Gürcüstan MDB ölkələri arasında üçüncü yeri tutublar.

Sonra ardıcılıqla Tacikistan, Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan, Rusiya və Ukrayna gedir.

Комментариев еще нет.

Оставить комментарий