Qəbələ Beynəlxalq Musiqi Festivalında sonuncu kamera konserti olub

Altı gündür ki, davam edən IX Qəbələ Beynəlxalq Musiqi Festivalı yekunlaşmaq üzrədir.

Trend-in məlumatına görə, bu gün Heydər Əliyev Konqres Mərkəzində “Dörd əl axşamı” adlı sonuncu kamera konserti təçkil edilib. Konsertdə pianoçular - Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri Oksana Yablonskaya (Rusiya), ABŞ-ın Duksburi Musiqi Festivalının bədii rəhbəri Stefan Deitz, İtaliyanın “L.Perosi” Beynəlxalq Musiqi Akademiyasının professoru Anna Serova (viola) çıxış ediblər.

Festival iştirakçılarına dünyanın tanınmış musiqiçilərinin canlı ifasında Avropa bəstəkarları R.Şubert, İ.Brams, Q.Fore və C.Gerşvinin əsərləri təqdim olunub.

Комментариев еще нет.

Оставить комментарий